"Qəbələ" birinci divizion klubuyla "sülh bağladı"

Sportarena.az      19 Yanvar 2018, 11:35

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, dünən “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib. Qəbələdəki hazırlıqları başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb. Birinci divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da baş tutub. Qarşılaşma qolsuz sülhlə nəticələnib - 0:0.

 

Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcək. Komanda ayın 21-də daha bir yoxlama matçı keçirəcək. "Qəbələ"nin əvəzediciləri “Keşlə”nin müvafiq komandası ilə qarşılaşacaq. 

 

Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə baş tutan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə birinci divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin