“Qarabağ” - “Lexiya” oyunundan öncə 1 dəqiqəlik sükut

20:27 20 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Polşanın “Lexiya” klubuyla qarşılaşıb (1:1). Oyundan öncə 20 yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

 

Xatırladaq ki, bu, “Qarabağ”ın Türkiyədə keçirdiyi 2-ci yoxlama oyunu olub. “Köhlən atlar” ilk oyunda Rusiya “Kuban”ı ilə heç-heçə etmişdi - 2:2.


Digər xəbərlər

Xəbər xətti