"Kəpəz" Antalyadakı təlim-məşq toplanış çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi Rumıniyanın "Viitorul" klubu ilə qarşılıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Təmsilçimizin yeganə qolunu kapitan Şəhriyar Rəhimov vurub.
Sahibi və baş məşqçisi “Qalatasaray”ın sabiq futbolçusu George Hacı olan "Viitorul" hazırda Rumıniya çempionatında 34 xalla 14 komanda arasında 6-cı yerdədir.
Qeyd edək ki, “Kəpəz” yanvarın 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Polşa), 31-də isə “Spartak”la (Serbiya) oyunda qüvvəsini sınayacaq.
Yoxlama oyunu
22 yanvar
12:00 Kəpəz (Azərbaycan) - Vitorul (Rumıniya) 1:1