“Qəbələ” və “Qarabağ” rəsmiləri “Fənərbaxça”nın düşərgəsində - FOTOLAR

18:12 22 Yanvar 2018

“Qarabağ”ın və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov və “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Fənərbaxça” klubunun qonağı olublar.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Fənərbaxça”nın rəsmi saytı yayıb. Hər iki klub rəsmisi “Fənər”in ev oyularını keçirdiyi Şükrü Saraçoğlu idman kompleksini ziyarət ediblər. Ziyarət zamanı “Qarabağ” və “Qəbələ” klubunun rəsmilərini İstanbul təmsilçisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Necati Mete və klubda sosial mediaya cavabdeh şəxs olan Çağatay Durqun müşayiət edib.

 

“Sarı-lacivərdlər”in rəsmiləri İbrahimovla Hacıyevə klubun televiziya, radio və jurnalları, burdakı iş rejimi barədə məlumat veriblər. Sonda xatirə fotosu çəkilib.

 

 

 

 


Xəbər xətti