Amit Quluzadə Kosovo klubunda

17:33 23 Yanvar 2018

Qış transfer pəncərəsində "Səbail"lə yollarını ayıran Amit Quluzadənin yeni klubunun adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq üzvü Kosovonun "Drita" klubu ilə anlaşıb. 25 yaşlı yarımmüdafiəçinin transferi klub tərəfindən açıqlanıb Müqavilənin müddəti barədə məlumat verilməyib.

 

Qeyd edək ki, "Drita" hazırda Kosovo Superliqasında 30 xalla 3-cü sırada qərarlaşıb.

 

Əlavə edək ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır.


Digər xəbərlər

Xəbər xətti