Elxan Məmmədov: "Məqsədimiz birinci pilləni tutmaqdır"

17:18 24 Yanvar 2018

“Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən qurumun saytına deyib. O bildirib ki, millimizin məqsədi birinci pilləni tutmaq olmalıdır:

 

"Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür”.

Qeyd edək ki, millimiz 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti