"Neftçi"dən bir gündə iki məğlubiyyət - YENİLƏNİB

19:58 25 Yanvar 2018

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” bu gün iki yoxlama oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Paytaxt klubu günün ilk oyununda Rumıniya təmsilçisi “Konkordiya” ilə üz-üzə gəlib və məğlub olub

 

"Ağ-qaralar" daha sonra Bolqarıstanın “Slaviya” klubu ilə üz-üzə gəlib. Sözügedən qarşılaşma da "Neftçi" qələbəyə həsrət qalıb.

 

Qeyd edək ki, “Neftçi” Antalya toplanışı çərçivəsində bir yoxlama oyunu keçirib. Təmsilçimiz Rusiyanın “SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə uduzub.

 

Yoxlama oyunları

25 yanvar

12:00 Neftçi (Azərbaycan) - Konkordiya (Rumıniya) 0:1

Neftçi: Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov (K), İqnasio Errera, Ednan Muniz, İqor Sikorski.

Ehtiyat oyunçular: Rəşad Əzizli, Ruslan Abışov, Anton Krivotsyuk, Rəşad Sadiqov, Derlis Meza Kolli, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov.


18:00 Neftçi (Azərbaycan) - Slaviya (Bolqarıstan) 0:1

Neftçi: Rəşad Əzizli, Anton Krivotsyuk, Ruslan Abışov (K), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Rəhman Hacıyev, Elnur Süleymanov, Namik Ələskərov, Fransisko Qarsia, Mirabdulla Abbasov.

Ehtiyat oyunçular: Səlahət Ağayev, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov, İqnasio Errera, İqor Sikorski.


Xəbər xətti