Nazarov oynadı, komandası uduzdu

12:19 25 Yanvar 2018

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü fasilədə əvəzlənib.

 

“Ersgebirge” geridə qalan turlarda topladığı 23 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.


Xəbər xətti