"Barselona" Dembeleni bonuslara görə oynatmır?

12:33 26 Yanvar 2018

 

İspaniyanın “Mundo Deportivo” nəşri “Barselona” və Osman Dembele ilə bağlı şok iddia irəli sürüb.

 

Sportarena.az xəbər verir ki, Dembele bir müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb. Kataloniya nəşri isə fransalı futbolçunun kənarda qalmasının heç də zədəylə bağlı olmadığını iddia edib. Belə ki, xəbərdə “Barselona”nın mövsümün əvvəlində 100 milyon avro qarşılığında “Borussiya”dan transfer etdiyi futbolçuya görə bonusları ödəməmək üçün futbolçusunu zədəli kimi göstərdiyi qeyd edilib.

 

Dortmund təmsilçisi və “Barsa” arasında anlaşmaya əsasən, Dembele cari mövsümdə 25 oyunda ən azı 45 dəqiqə və daha artıq şans qazansa, “göy-qırmızılar” onun üçün Almaniya təmsilçisinə daha 40 milyon avro ödəyəcək.

 

Təzəcə 160 milyon avroya Filippe Koutinyonu transfer edən, yayda isə Antuan Qrizmannla anlaşmağı planlaşdıran “Barselona” əlavə xərcə düşməmək üçün Dembeleni zədəli adıyla kənarda saxlayır.

 

“Barselona” bu iddiayla bağlı heç bir açıqlama verməyib.


Xəbər xətti