Aqolli: “Qarabağ”ın oyunçuları püşkün nəticəsinə sevinirlər"

12:50 26 Yanvar 2018

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Albaniya millisinin də üzvü olan futbolçu açıqlamasında Millətlər Liqası haqda da danışıb:

 

“Millətlər Liqası turniri Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etmək baxımından əlavə şansdı. Albaniya yığmasının yer aldığı qrupda Şotlandiya kimi komanda var. Onlarla oyunda fiziki cəhətdən çətinlik çəkəcəyik. İsrail millisini isə son seçmə mərhələdə eyni qrupda oynadığımızdan, yaxşı tanıyırıq. Hər şey ola bilər. Niyə də birinci yeri tutmayaq?”

 

Aqolli Millətlər Liqasında Azərbaycanın yer aldığı qrupla bağlı da fikirlərini bildirib:

 

“Belə görürəm ki, “Qarabağ”ın oyunçuları püşkün nəticəsinə sevinirlər. Məncə, onlar daha güclü qrupa düşəcəklərini fikirləşirdilər. Onlar üçün bu, çox balanslaşmış qrupdu. Azərbaycan millisini yaxşı tanıyıram. Bu komandanın oyunçularının çoxu “Qarabağ”ın üzvüdü. Onların qrupunda hadisələrin necə olacağı bilinmir, hər şey mümkündü”.

 

Azərbaycan millisi Millətlər Liqasının D liqasında, 3-cü qrupda Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti