Qurban Qurbanovlu milli ilk sınağında heç-heçə etdi - YENİLƏNİB

21:54 30 Yanvar 2018

Antalyada hazırlığı davam etdirən Azərbaycan yığması bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, millimiz “Mardan” stadionunda Moldova yığması ilə qarşılaşıb. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Bu, ötən ilin dekabrında yığmamızın baş məşqçisi təyin olunan Qurban Qurbanovun millinin “sükanı arxasında” ilk sınağında qapılara qol vurulmayıb - 0:0.

 

Millimiz bu günə kimi moldovalılarla 10 dəfə qarşılaşıb. Bu oyunlardan 2-si yığmamızın, 3-ü isə rəqibin xeyrinə başa çatıb. 4 görüşdə isə qalib müəyyənləşməyib.

 

Moldova millisi bir neçə gün öncə Cənubi Koreya yığması ilə oyunda qüvvəsini sınayıb. Oyun koreyalıların minimal hesablı qələbəsi ilə nəticələnib.

 

Yoxlama oyunu

30 yanvar

20:00 Azərbaycan - Moldova 0:0

Antalya. “Mardan” stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (k), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16. Cavid Hüseynov, 15. Ruslan Abışov, 4. Pavel Paşayev.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizov, 25. Elvin Yunuszadə, 18. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 10. Ruslan Qurbanov, 21. Təmkin Xəlilzadə, 8. Bəhlul Mustafazadə, 28. Cavid İmamverdiyev, 29. Anton Krivotsyuk, 3. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 9. Emin Mahmudov.

Baş məşqçi: Qurban Qurbanov.

 

Moldova: 1. İlie Çebanu, 2. İon Jardan, 4. Petru Raku, 5. Vyaçeslav Posmak, 7. Andrey Kojokar (k), 9. Aleksandru Antonyuk, 22. Artyom Rozqonyuk, 20. Aleksander Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros.

Ehtiyat oyunçular: 23. Sergey Paşenko, 3. Valeri Makritski, 6. Dan Taras, 8. Vladislav İvanov, 11. Vitali Damaşkan, 13. Dinu Qraur, 14. Radu Roqaç, 15. Andrey Makritski, 16. Vadim Payreli, 17. Danu Spataru, 21. Sergey Platika.

Baş məşqçi: Aleksandr Spiridon.

 

 


Xəbər xətti