"Qalatasaray"ın futbolçusu Premyer Liqa yolunda

11:10 31 Yanvar 2018

“Qalatasaray”ın futbolçusu Badu Ndiaye karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Sky Sports” yayıb. Xəbərdə “Stok Siti”nin seneqallı yarımmüdafiçinin keçidi ilə bağlı “Qalatasaray”la razılığa gəldiyi qeyd edilib. İngilislərin 27 yaşlı futbolçunun keçidi üçün İstanbul təmsilçisinə 15 milyon funt-sterlinq ödəyəcəyi vurğulanıb.

 

Transferin ən geci sabah rəsmən açıqlanması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti