"Sumqayıt" "Anji"yə uduzdu - YENİLƏNİB

20:15 31 Yanvar 2018

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi "Anji" ilə üz-üzə gəlib. 



"Titanic Belek" otelinin stadionunda baş tutan qarşılaşma Mahaçqala klubunun qələbəsi ilə başa çatıb. 

 

Yoxlama oyunu

31 yanvar

Sumqayıt (Azərbaycan) - Anji (Rusiya) 0:1

Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov 5. Vüqar Bəybalayev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyyubov, 90. Ülvi İsgəndərli.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunaov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 20. Rüfət Abdullazadə, 36. Süleyman Süleymanov, 39. Tural Bayramlı, 97. Xəyal Nəcəfov.


Digər xəbərlər

Xəbər xətti