"Qəbələ"də öncə məşq, sonra seminar

10:48 2 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq prosesinin ikinci mərhələsinin 12-ci gününü başa vurub.

 

Sportarena.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlaşan “qırmızı-qaralar” günü bir məşqlə tamamlayıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçən səhər məşqi meydançada gerçəkləşib. Komanda üzvləri toplu və topsuz çalışmaları icra edib.

 

Günün ikinci yarısında hakimlər İnqilab Məmmədov və Mübariz Haşımov “Qəbələ”nin məşqçi və futbolçu heyəti üçün seminar keçirib. Ədalət təmsilçiləri videoçarxlar nümayiş etdirməklə komanda üzvlərini oyun qaydalarındakı yeniliklər barədə məlumatlandırıb.


Digər xəbərlər

Xəbər xətti