"Qarabağ" "sülh"ə razılaşdı - YENİLƏNİB

21:25 3 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” Monteneqro təmsilçisi “Mladost”la qarşılaşıb. Ağdam təmsilçisi bu oyunda da qələbə qazana bilməyib - 1:1.

 

Bu, “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 6-cı yoxlama oyunu olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk beş görüşdə 3 heç-heçə edib, 2 dəfə məğlub olub. Azərbaycan çempionu Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0), Ukraynanın “Mariupol” (2:3) və Bosniya və Herseqovinanın “Sarayevo” klublarıyla (0:2) qarşılaşıb.

 

Yoxlama oyunu

3 fevral

19:30 Qarabağ (Azərbaycan) - Mladost (Monteneqro) 1:1

Qol: Mahir Mədətov, 30.

Qarabağ: Anton Kanibolotski, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Mahir Mədətov, Coşqun Diniyev, Pedro Enrike, Dani Kintana.


Digər xəbərlər

Xəbər xətti