UEFA "Qəbələ"nın sabiq rəqibini cəzalandıracaq

11:46 4 Fevral 2018

Avropa Liqasının təsnifat mərhələsində “Qəbələ”ni mübarizədən kənarlaşdıran Yunanıstanın “Panatinaikos” klubu UEFA tərəfindən cəzalana bilər.

 

Sportarena.az xəbər verir ki, “Panatinaikos” vaxtı keçmiş kredit borclarına görə cəzalana bilər. Bu barədə UEFA-nın saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Yunanıstan təmsilçisi bu ilin martın 1-nə qədər borcu ödməsə, UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdən uzaqlaşdırılacaq.

 

“Panatinaikos” 200 min avro cərimə də edilib. Bunun 100 mini şərtidi.


Xəbər xətti