İspaniya klubu Zeedorfa tapşırılır

11:50 5 Fevral 2018

“Milan”ın sabiq baş məşqçisi Klarens Zeedorf İspaniya La Liqasında çalışacaq.

 

Sportarena.az xəbər verir ki, “Deportivo” hollandiyalı mütəxəssislə anlaşıb. Bu barədə məlumatı “Marka” yayıb. Xəbərdə anlaşmanın tezliklə rəsmən açıqlanacağı qeyd edilib. Zeedorfun “Deportivo”da əsas işi La Korunya təmsilçisini Sequndaya düşməkdən xilas etməkdi.

 

Qeyd edək ki, 22 turdan sonra hesabında 17 xal olan “Deportivo” 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.

 

Xatırladaq ki, futbolçu karyerası ərzində “Real”, “Milan”, “İnter” kimi klublarla yanaşı, uzun müddət Hollandiya millisinin də şərəfini qorumuş Klarens Zeedorfun məşqçi karyerası çox qısadı. O, 4 ay sabiq klubu “Milan”ı, 5 ay isə Çinin “Şençjen” komandasını çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti