Boks olimpiada proqramından kənarlaşdırıla bilər

Sportarena.az      5 Fevral 2018, 14:49

Beynəlxalq Olimpiya Komitəsi (İOC) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) maliyyələşdirilməsini dayandırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İOC prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.
 
Almaniyalı funksioner bildirib ki, İOC boksun bu il Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınma məsələsinə yenidən baxa bilər. Bax AİBA-nın idarəetmə sisteminin araşdırılmasına başlanıldığını və ali boks təşkilatı ilə bütün təmasların dondurulduğunu vurğulayıb.

 

2017-ci ilin noyabrında AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun qurumun prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılmasına dair qərar qəbul edib. Səbəb kimi maliyyə sərfiyyatı da daxil olmaqla, bir sıra nizam-intizam ittihamları göstərilib. Həmin ayın sonlarında Vu 11 ilədək rəhbərlik etdiyi təşkilatdan istefa verib. Onun səlahiyyətlərini AİBA-nın vitse-prezidenti Franko Falçinelli yerinə yetirib. Yanvarın sonlarında isə bu vəzifə müvəqqəti olaraq, Qafur Rəhimova həvalə olunub.

 

İOC İcraiyyə Komitəsi AİBA-dan aprelin 30-dək yeni hesabat gözlədiyini də bəyan edib.

 

Qeyd edək ki, AİBA 2011-ci ildə Azərbaycanın "Benkons" şirkətindən 10 milyon dollar kredit alsa da, hələ qaytarmayıb. Bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Növbədənkənar Konqresdə həmin vəsaitin ödənişinə 2021-ci ildən başlanılmasına dair qərar qəbul olunub. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin