Zaur Axundov millinin oyununda dava saldı - FOTO

23:31 6 Fevral 2018

Avropa çempionatının  1/4 final mərhələsində bu gün keçirilən Portuqaliya – Azərbaycan oyununda (8:1) qalmaqal baş verib. 

 

Sportarena.az xəbər verir ki, insident 28-ci dəqiqədə millimizin futzalçısı Ramiz Çovdarovun oyunda 4 qol vuran Rikardinyoya qarşı kobud oyunundan sonra baş verib. Bu zaman rəqib komandanın kapitanının simulyasiya etdiyini düşünən millimizin ehtiyat oyunçuları ona etiraz ediblər. Nəticədə Rikardinyo ilə onların arasında narazılıq yaşanıb.

 

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məsələyə müdaxilə edərək, Rikardinyonu əli ilə itələyib. Tərəflər arasında gərginlik yaşansa da, aranı sakitləşdirmək mümkün olub.



Digər xəbərlər

Xəbər xətti