"Qəbələ" "Qarabağ"la oyuna hazırlaşır

10:27 7 Fevral 2018

“Qəbələ” Topaz Premyer Liqasının 15-ci turunun hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, Türkiyə toplanışının ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib. Mövsümün ikinci yarısına “Qarabağ”la səfər oyunu ilə start verəcək komanda bu oyuna hazırlığını paytaxtda davam etdirir. Günün ikinci yarısında baş tutan məşq prosesində futbolçular öncə fiziki hazırlıq keçib. Ardınca meydanda məşq edən komanda toplu çalışmaları icra edib.

 

Xatırladaq ki, Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Qəbələ” oyunu fevralın 10-da Bakıdakı “Azərsun Arena”da keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.


Xəbər xətti