"Qarabağ" "Qəbələ" ilə matçın hazırlıqlarına başladı

14:01 7 Fevral 2018

"Qarabağ"da istirahət başa çatıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gündən məşqləri bərpa edib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Premyer Liqanın 15-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarına start verib.

 

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı 10 fevral tarixində saat 19:00-da "Azersun Arena"da baş tutacaq.


Xəbər xətti