Kuyt məşqçi olacaq

16:45 7 Fevral 2018

Ötən il futbolçu karyerasını bitirən Dirk Kuyt məşqçi olmaq qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Hollandiya mətbuatı yayıb. Xəbərdə sabiq yarımmüdafiəçinin məşqçi olmaq üçün kurslara getdiyi qeyd edilib. Onun diplom aldıqdan sonra “Feyenoord”un məşqçilər korpusunda yer alacağı gözlənilir.

 

Xatırladaq ki, karyerası ərzində “Liverpul”, “Fənərbaxça” və Hollandiya millisində çıxış etmiş Kuyt, ötən il “Feyenoord”un heyətində ölkə çempionu olduqdan sonra butslarını mismardan asmışdı.


Digər xəbərlər

Xəbər xətti