Levandovski “Real”a keçir?

18:37 7 Fevral 2018

“Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını “Real”da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə Levandovskinin çoxdandı “kral klubu”nda çıxış etməyi arzuladığı, hazırda hücum xəttində problemləri olan Madrid təmsilçisinin də polyak forvardın xidmətində maraqlı olduğu qeyd edilib. Hücumçunun meneceri Sezari Kuçarskinin “Real” rəhbərliyi ilə yaxın əlaqələrinin olması bu iddiaları bir az da gücləndirir.

 

Xatırladaq ki, Levandovski cari mövsümdə şans qazandığı 30 oyunda 25 qol vurub.


Xəbər xətti