Arazsız “Anortosis” uduzdu

10:14 8 Fevral 2018

Futbol üzrə Kipr çempionatında 23-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Nikosiya “Omoniya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Araz bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçumuzun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

 

Geridə qalan turlarda 47 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında dördüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti