Dörd idmançımız dopinqə görə cəzalandırdıldı

Sportarena.az      9 Fevral 2018, 13:11

Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

 

Sportarena.az xəbər verir ki, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

 

Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb. Rzayev, Əfəndiyev və Cəlilovdan alınmış nümunələrdə isə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Birincinin orqanizmində stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron maddəsi tapılıb. Digər bodibildinqçidə klenbuterol və tamoksifen metaboliti aşkarlanıb. Sonuncuda isə dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon təsbit edilib.

 

2012-ci ildə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısı olmuş Mikayılovun cəzası 2017-ci il iyulun 5-də qüvvəyə minib və 2019-cu il yanvarın 5-də başa çatacaq. Bodibildinqçilərə gəldikdə, Rzayev və Əfəndiyevdə bu müddət 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilovda isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək nəzərdə tutulub. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin