"Qalatasaray"dan inamlı qələbə - YENİLƏNİB

03:18 13 Fevral 2018

Bu gün Türkiyə Super Liqasında 21-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Yeni Malatyaspor” “Kasımpaşa”nı qəbul edəcək. Son çempion “Beşiktaş” sabah meydana çıxacaq. “Qartallar” evdə “Karabüksor”la üz-üzə gələcək. Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” isə evdə “Trabzonspor”la qarşılaşacaq.

 

Turun mərkəzi görüşü bazar günü keçiriləcək. Lider “Başakşəhər” doğma divarlar arasında “Fənərbaxça” ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Türkiyə Super Liqası, 21-ci tur

9 fevral

21:00 Yeni Malatyaspor - Kasımpaşa 1:1

 

10 fevral

14:30 Göztəpə - Osmanlıspor 3:3
17:00 Gənclərbirliyi - Trabzonspor 0:0
20:00 Beşiktaş - Karabükspor 5:0

 

11 fevral

14:30 Akhisar - Bursaspor 1:0
14:30 Kayserispor - Sivasspor 1:1
17:00 Alanyaspor - Konyaspor 1:2
20:00 Başakşəhər - Fənərbaxça 0:2

 

12 fevral

21:00 Qalatasaray - Antalyaspor 3:0


Digər xəbərlər

Xəbər xətti