"Səbail" legioner transfer etdi

10:28 10 Fevral 2018

“Səbail” dövrələrarası fasilə zamanı növbəti transferini reallaşdırıb. 

 

Sportarena.az xəbər verir ki, debütant hücumçu Vahit Orazsahedovu heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

 

Xatırladaq ki, türkmənistanlı futbolçu karyerası ərzində "Rubin" (Rusiya), "Nefteximik" (Rusiya), "Daçiya" (Moldova), "Osmanlıspor" (Türkiyə), "Rostov" (Rusiya), "Aşqabad" (Türkmənistan), "Altın Asr" (Türkmənistan) klublarının üzvü olub. Onun son klubu "Ahal" (Türkmənistan) olub. 26 yaşlı hücumçu Türkmənistan millisinin üzvüdü.  


Digər xəbərlər

Xəbər xətti