Araz oynadı, komandası qalib gəldi

12:14 12 Fevral 2018

Futbol üzrə Kipr çempionatında 24-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Nikosiya “Olimpiakos”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Araz da bu görüşün iştirakçısı olub. Son turlarda zədə səbəbindən oynamayan futbolçumuz bu matçın 63-cü dəqiqəsində meydana buraxılıb.

 

Geridə qalan turlarda 50 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti