"Sumqayıt" "Neftçi" üçün başladı

15:39 13 Fevral 2018

Premyer Liqanın ötən turunda “Zirə” ilə qarşılaşmanın ardından bir günlük istirahətə buraxılan “Sumqayıt”ın futbolçuları bu gündən məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar” baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da Sumqayıt stadionunda məşqə çıxıb. Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. Saat yarım davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

 

“Sumqayıt” - “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da Sumqayıt şəhər stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti