"Kəpəz" məşqlərə başladı

16:19 13 Fevral 2018

Topaz Premyer Liqasının 15-ci turunda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb.

 

Sportarena.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Sarı-göylər”in məşqləri hər gün saat 11:00-da olacaq. “Kəpəz” fevralın 16-nadək bu məkanda hazırlıq keçəcək. 

 

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü 18 fevral tarixində baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti