İspaniya prezidentindən etiraz: "Neymarın “Real”a gəlməsini istəmirəm"

17:54 13 Fevral 2018

İspaniya prezidenti Mariano Raxoy Neymarın “Real”a keçəcəyi barədə yayılan söz-söhbətə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Raxoy braziliyalının Madridə gəlməsinin əleyhinə olduğunu etiraf edib. O, “Real”ın heyətində olan futbolçuların hələ öz sözlərini tam demədiklərini əsas gətirərək, bu fikirdə olduğunu vurğulayıb:

 

“Real”ın Neymarı transfer etməsinin vacib olub-olmadığını deyə bilmərəm. Məsələ burasındadı ki, bir müddət əvvəl Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl komanda üçün olduqca vacib futbolçular hesab olunurdu. Üstündən bir neçə ay keçəndən sonra onlara şübhə ilə yanaşılır. Mən isə onlara inanıram. Bu futbolçular hələ sön sözlərini deməyiblər. Neymarın “Real”a gəlməsini istəmirəm”.


Xəbər xətti