Dünyanı özünə heyran qoyan rus gözəli ölkəsinə ilk medalı qazandırdı - FOTOLAR

22:48 13 Fevral 2018

Cənubi Koreyada keçirilən 2018 Qış Olimpiya Oyunlarında yarışan rusiyalı idmançılardan biri Anastasiya Brizqalova qısa zamanda böyük əks-sadə doğurub.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı idmançı öz gözəlliyi ilə körlinq (buzüstü şahmat) idman növünə marağı artırıb. İkili yarışmada həyat yoldaşı Aleksandr Kruşelnitski ilə birgə çıxış edən Anastasiya bürünc medal qazanıb. Beləliklə, o, körlinq idman növündə ölkəsinə ilk olimpiya medalını aparan idmançı olub.

 

Anastasiya uğuru ilə yanaşı, gözəlliyi ilə də hər kəsin diqqətini çəkib. Sosial media istifadəçiləri onu Anceilana Coli, Adriana Lima və Meqan Foks kimi məşhurlara bənzədiblər. Onlar artıq körlinq kimi çox da maraqlı olmayan bir idman növünü izləmək üçün bir səbəblərinin olduğunu yazıblar.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi dopinqdən istifadə ittihamları ilə Rusiya milli komandası üzvlərinin ölkələrinin bayrağı altında deyil, müstəqil şəkildə iştirak etməsi qərarını qəbul edib.


Digər xəbərlər

Xəbər xətti