Millimiz gerilədi - FİFA-nın reytinq sıralamasında

13:30 15 Fevral 2018

Milli komandaların FİFA reytinqi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 211 komandanın yer aldığı cədvəldə Azərbaycan millisi bir pillə geriləyib. Yığmamızın hesabında 275 xal var. Hesabında 275 xal olan Qurban Qurbanovun başçılıq etdiyi komandamız reytinq cədvəlində 119-cu pillədə qəralaşıb.

 

Yığmamızın Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən Farer adaları (364) 96-cı, Kosovo (97) 177-ci, Malta (66) isə 185-ci pillədə yer alıb. Farer adaları və Kosovo milliləri bir pillə irəliləyib, Malta isə yerində sayıb. 

 

Yoxlama oyununda qarşılaşacağımız Makedoniya (446) 74-cü, Belarus (372) 93-cü, Qırğızıstan (282) 115-ci, Latviya (225) yığması isə 132-ci pillədə yer alıb.    

 

Siyahıya əvvəlki kimi Almaniya millisi (1602) başçılıq edir. "Panzerlər"i Braziliya yığması (1484) və Portuqaliya seçməsi (1358) izləyir. 


Digər xəbərlər

Xəbər xətti