"Qarabağ" keçmiş rəqiblərinə mesaj göndərdi - FOTO

16:15 15 Fevral 2018

"Qarabağ"ın rəsmi "Facebook" səhifəsi Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu ÇL-də bu mövsüm qarşılaşdığı rəqiblərinə uğurlar arzulayıb:

 

"Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq".

 

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.

 

Əlavə edək ki, "Marka" nəşri bu görüşü "Qarabağ"ın qurbanlarının qarşılaşması" adlandırıb.

 

"Kopenhagen" -"Atletiko" görüşü bu gecə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti