"Qəbələ"nin futbolçusu "Slaviya"ya transfer olundu

Sportarena.az      17 Fevral 2018, 10:31

Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. O, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. Gənc yarımüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Çexiyanın “Slaviya" (Praqa) klubunda çıxış edəcək.

 

Muradovdan öncə Heydərli Fərid Nəbiyevi də “Slaviya”ya aparmışdı. O, ötən ildən Praqa təmsilçisinin U-21 komandasında uğurla çıxış edir. Elə Rövlan da Fəridlə birgə gənclərdən ibarət komandada oynayacaq.

 

Qeyd edək ki, Vaqif Heydərlinin ölkə xaricinə apardığı futbolçulardan biri də Budaq Nəsirovdu. O, Portuqaliya "Sportinq"inin B komandasında çıxış edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin