9 futbolçu “qırmızı” aldı, oyun yarımçıq dayandırıldı - VİDEO

14:35 19 Fevral 2018

Braziliya çempionatının “Vitoria” - “Bahia” oyununda qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, oyunun 50-ci dəqiqəsində qonaqların futbolçusu Vinisius Barbosa penaltidən hesabı açıb. Bundan sonra meydanda futbolçular arasında qarşıdurma yaşanıb. Matçın baş hakimi ev sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna qırmızı vərəqə göstərib. Bir qədər sonra isə “Vitoria”nın daha 2 futbolçusu qırmızı vərəqə alıb. Bununla da, ev sahibləri meydanda 6 nəfər qalıblar. 

 

Bundan sonra, qaydalara əsasən, oyunun baş hakimi qarşılaşmanı yarımçıq dayandırıb.

 


Digər xəbərlər

Xəbər xətti