Ançelotti PSJ-nin təklifini rədd etdi - "Çelsi"yə görə

18:17 19 Fevral 2018

“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelottinin PSJ-də çalışacağı ilə bağlı məlumat yayılıb.

 

Sportarena.az xəbər verir ki, Ançelotti Paris klubunda işləmək niyyətində deyil. Bu barədə iddianı “Mirror” yayıb. Məlumata görə, italyan mütəxəssis PSJ-nin təklifini geri çevirib.

 

O, yayda məşqçilik fəaliyyətini bərpa etmək niyyətindədi. Ancaq Ançelotti Fransada yox, İngiltərədə işləmək istəyir. Onun yenidən “Çelsi”də çalışacağı da istisna olunmur. “Çelsi”nin hazırkı baş məşqçisi Antonio Konte ilə klub rəhbərliyinin münasibətləri gərgindi.

 

Ançelotti “Çelsi”də işləyərkən Premyer Liqanın qalibi olub, İngiltərə kubokunu və Liqa superkubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti