"Xəzər Lənkəran" azarkeşlərini məyus edən xəbər - AÇIQLAMA

13:17 21 Fevral 2018

"Xəzər Lənkəran" rəhbərliyinin ötən həftə İstanbula yollandığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, məqsəd klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşmək və gələcək planları barədə fikrini öyrənmək olub. Artıq rəhbərlik Bakıya qayıdıb.

 

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Səfərin təfərrüatları barədə "Rekord.az" saytına danışıb. O, azarkeşləri və futbol ictimaiyyəti məyus:edəcək açıqlamalar verib:

 

"İlk növbədə bu o qədər həssas mövzudur ki, yetərincə diqqətli olmaq lazımdır. Reytinq xatirinə və ya bilməyərək qeyri-ciddi informasiyalar yaymaq etik deyil. Təəssuf ki, bəziləri irəli gedib artıq klubun fəxri prezidentinin adından açıqlamalar belə yaymaga başladı. "Xəzər Lənkəran"ın taleyi taleyi bir görüşdən, bir yığıncaqdan ibarət deyil. Bununla belə, bu yöndə atılan hər bir addım, klub sahibinə çatdırılan xahişi şəxsən öz adimdan dəstəkləyirəm. Yayılan informasiyalar tam olaraq həqiqəti əks etdirmir. Sağ olsun klubun fanat səhifələri ki, sosial şəbəkədə soyuqqanlı davrandılar. Bu gun Lənkəranda insanlar az qala bayram edir, bir-birini əsas komandanın bərpası ilə bağlı təbrik edirlər. İndi bu qədər insanın sevinci qurşaqlarında qalanda o xəbəri yayanların vicdanı sızlayacaq, ya yox, bilmirəm. Klub rəhbərliyi yaxın günlərdə İstanbulda şirkətin bas ofisində olub. Burada həmişə olduğu kimi əsas komandanın taleyi də müzakirə olunub. Yeganə istisna xəbər odur ki, fəxri prezidentimiz azarkeşlərin bu yöndə arzu və istəyindən xəbərdardır və əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib. Lakin bu gun üçün geri dönüşə real şərait yoxdur . Bir az da qətiləşdirsək, konkret qərar verilməyib".


Digər xəbərlər

Xəbər xətti