Dopinqdən istifafə edən Srnanın cəzası açıqlandı

14:15 23 Fevral 2018

Ukraynanın Milli Antidopinq Mərkəzi Donetsk “Şaxtyor”unun müdafiəçisi Dario Srna ilə bağlı yekun qərarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən il dopinqdə “ilişən” xorvatiyalı futbolçunun günahı sübuta yetirilib. Sözügedən qurum Srnanın 17 aylıq futboldan kənarlaşdırılmasına qərar verib.

 

“Şaxtyor”un müdafiəçisi səhvini hələ ötən ilin sentyabr ayında etiraf etmiş və bu komandada məşqlərini dayandırmışdı. Bu üzdən də cəza həmin dövrdən hesablanmağa başlayıb. Belə olan halda Srnanın cəzası 2018-ci ilin 22 avqustunda başa çatacaq. Reqlamentə əsasən, o, cəzasının bitməsinə 2 ay qalmış, yəni iyunun 22-dən etibarən “Şaxtyor”un heyətində məşqlərini bərpa edə biləcək.


Digər xəbərlər

Xəbər xətti