İspanlarla ruslar əlbəyaxa oldu - Bir polis öldü

16:40 23 Fevral 2018

Avropa Liqasının 1/8 finalının cavab qarşılaşmasında - “Atletik” - “Spartak” oyununda insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “San-Mames” stadionunun meydanında ruslarla ispanlar arasında kütləvi dava-dalaş olub. Dava-dalaşı yatırmaq istəyən polislərdən biri xəsarət alıb. Onu təcili olaraq xəstəxanaya çatdırıblar. Ancaq həkimlər polisin həyatını xilas edə bilməyiblər. Məlumata görə, dava-dalaşın iştirakçısı olan 5 fanat saxlanılıb.

 

Qeyd edək ki, fanatlar arasındakı qarşıdurma oyunun başlamasına təxminən bir saat qalmış baş verib.


Xəbər xətti