İki futbolçumuzdan bir oynadı

22:48 26 Fevral 2018

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Teplitse” ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Rövlan da bu görüşün iştirakçısı olub. Yenicə Praqa klubuna transfer edilən Muradov bu matça da start heyətdə başlayıb və sonadək oynayıb. U-19 millimizin kapitanı olan Fərid isə bu qarşılaşmada iştirak etməyib.

 

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 7-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti