Ronaldo bu gün oynamayacaq

17:36 27 Fevral 2018

“Real”ın hücumçusu Kriştiano Ronaldo La Liqanın 26-cı turu çərçivəsində baş tutacaq “Espanyol”la səfər oyununda meydana çıxmayacaq.

 

Sportarena.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan 33 yaşlı hücumçunun adını Barselona təmsilçisi ilə matçın iştirak ərizəsində daxil etməyib. Ronaldonu qorumaq istəyən fransalı mütəxəssis, məhz bu səbəbdən “Espanyol”la qarşılaşmada ona şans verməyəcək. Portuqaliyalı hücumçudan başqa, Madrid təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Kazemiro da bugünkü matçda meydana çıxmayacaq. O, səhhətindəki problemə görə kənarda qalacaq.

 

“Espanyol” - “Real” oyunu bu gün saat 23:00-da başlayacaq.


Xəbər xətti