Yuksək Liqada təyinatlar açıqlandı

10:47 28 Fevral 2018

Sabah futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçiriləcək.  

 

Sportarena.az xəbər verir ki, bu tur keçiriləcək “Marafon Futsal” - “Yasamal” İK oyunu "CBC Sport" telekanalında canlı yayımlanacaq. “Neftçi” isə qış fasiləsindən sonra ilk oyununa çıxacaq. Elə tura da bu komandanın iştirakı ilə start veriləcək.

 

Artıq oyunları idarə edəcək hakimlər də müəyyənləşib. Tura təyinatları diqqətinizə çatdırırıq:

 

Futzal üzrə Yüksək Liqa, 18-ci tur

1 mart

Neftçi İK - Xəmsə
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspektor: Arif Ağayev
Bakı İdman Sarayı. Saat 12:30

 

Marafon Futsal - Yasamal İK (CBC Sport)
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov
Hakim-inspektor: Ədilxan Hünbətov
Bakı İdman Sarayı. Saat 14:30

 

FK.İD.Futsal - Araz
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Ağarza Rzayev
Bakı İdman Sarayı. Saat 16:00


Xəbər xətti