Zidan "Məğlubiyyətə layiq deyildik"

15:14 28 Fevral 2018

İspaniya La Liqasının 26-cı turunda səfərdə gözlənilmədən “Espanyol”a uduzan “Real”ın baş məşqçisi Zinəddin Zidan oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını deyib:

 

“Matça çox yaxşı başladıq. Yaxşı fürsətlər əldə etsək də, dəyərləndirmədik. İkinsi hissədə isə istədiklərimizi edə bilmədik. Bəzən futbol anlaşılmaz olur. Uğursuzluğu qəbul etməliyik. “Espanyol”a məğlub olmağa layiq deyildik. Bu nəticə təəssüf doğurur. Rəqib çox az qol fürsəti əldə etmişdi”.

 

Xatırladaq ki, “Real” “Espanyol”a oyuna əlavə olunmuş 3-cü dəqiqədə, Xerard Morenonun vurduğu qolla 0:1 hesabıyla uduzub.


Xəbər xətti