Fransa klubunun tarixi günü yasa çevrildi

13:37 1 Mart 2018

Fransa kubokunun 1/4 finalında Liqa 1 təmsilçisi “Strasburq”u məğlub edərək (1:0) tarixi ərzində ilk dəfə ölkə kubokunun 1/2 finalına vəsiqə qazanan “Şambli” klubunun sevinci kədərə qarışıb.

 

Sportarena.az xəbər verir ki, 3-cü liqa təmsilçisi yarımfinala vəsiqə qazandıqdan sonra klubun təsisçilərindən olan Valter Luzinin ölüm xəbəri ilə sarsılıb. Valter Luiz “Şambli” komandasını 1989-cu ildə, oğulları Fulvio və Bruno ilə birlikdə təsis edib.

 

Klub hazırda Fransa 3-cü liqasında 16-cı pillədə qərarlaşıb.


Xəbər xətti