Qrizmann 3 tarixi uğur

14:17 1 Mart 2018

İspaniya La Liqasının 26-cı turunun “Leqanes”lə ev oyununda (4:0) pokerə imza atan “Atletiko”nun hücumçusu Antuan Qrizmann tarixə düşüb.

 

Sportarena.az xəbər verir ki, fransalı futbolçu “Atletiko” formasıyla 100 qol həddini keçən 3-cü futbolçu olub. Belə ki, Antuan “Leqanes”lə oyunda 4 dəfə fərqlənməklə Madrid təmsilçisinin heyətində vurduğu qolların sayını 103-ə çatdırıb.

 

26 yaşlı futbolçudan öncə Fernando Torres (124 qol) və Serxio Aquero (101 qol) bu uğura imza atmışdı.

 

Qrizmann həmçinin, La Liqada ardıcıl iki oyunda het-trik edən ilk futbolçu, İspaniya çempionatının yüksək liqasında bir oyunda 4 qol vuran ilk fransız kimi tarixə düşüb.


Digər xəbərlər

Xəbər xətti