Ona da komanda yoldaşı ilə xəyanət etdi, buna da - FOTOLAR

16:39 1 Mart 2018

Maksi Lopezlə evliykən ona komanda yoldaşı Mauro İkardi ilə xəyanət edən Vanda Nara indi də İkardini onunla “İnter”də çıxış edən Marselo Brozoviçə dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu səbəbdən cütlüyün boşanma ərəfəsində olduğu bildirilir. “İnter”in futbolçusunun Vandanı “instagram”da izləmədən çıxartması iddiaları daha da gücləndirib.

 

Qeyd edək ki, Vanda Lopezdən ayrıldıqdan sonra 2017-ci ildə İkardi ilə evlənib. Vandanın Lopezlə evliliyindən 3 oğlu, İkardi ilə nigahından isə 2 qızı var. (Yeniçağ.az)


Xəbər xətti