Millimizin rəqibində yeni baş məşqçi

16:36 2 Mart 2018

UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovo yığmasının yeni baş məşqçisi məlum olub.

 

Sportarena.az xəbər verir ki, yığma Bernard Şallanda tapşırılıb. Kosovo Futbol Federasiyası 66 yaşlı mütəxəssislə bu gün 2 illik müqavilə imzalandığını açıqlayıb.



Qeyd edək ki, Bernard Şalland məşqçilik karyerası əzrində "Sürix", "Sion", "Tyun", "Yanq Boyz" kimi klublarda və Ermənistan millisində çalışıb.


Digər xəbərlər

Xəbər xətti