Premyer Liqanın oyunları 1 dəqiqəlik sükutla başlayacaq

16:49 2 Mart 2018

Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar futbol üzrə Topaz Premyer Liqasının 18-ci turunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq. 
 
Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. Qarşıdakı tura martın 3-də "Kəpəz" - "Səbail" matçı ilə start veriləcək. Sabah "Sumqayıt" - "Qarabağ" matçı da keçiriləcək. Martın 4-də "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" oyunları nəzərdə tutulub. (Report)
 
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər həlak olub.


Xəbər xətti