"Barselona" uzun fasilədən sonra bunu gördü

18:35 2 Mart 2018

İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"la oyunda (1:1) "Barselona"nın uzunmüddətli seriyası qırılıb.

 

Sportarena.az xəbər verir ki, 78 oyundan sonra La Liqada Kataloniya klubunun qapısına penalti təyin edilib. Matçın 48-ci dəqiqəsində Kalyeri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

Qeyd edək ki, "Barsa"nın qapısına sonuncu dəfə 2016-cı ilin fevralında penalti təyin edilmişdi.


Xəbər xətti